20 aprel 2014 19:21
"İkinci hissədə oyunumuz yaxşı alınmadı"
"Qəbələ"nin baş məşqçisi Yuri Syomin Topaz Premyer Liqasının 31-ci turu çərçivəsində "Rəvan"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, bölgə təmsilçisinin rusiyalı çalışdırıcısı 2:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“İlk hissədə oyunumuz yaxşı alındı. İki qol vurduq. İkinci hissədə isə oyunumuz yaxşı alınmadı. Topu özümüzdə daha çox saxlamağa çalışdıq, nəticədə qapımızda qol gördük”.
