20 aprel 2014 18:00
Pantiç: Mənə İnteri təbrik etmək qalır
"Bakı"nın baş məşqçisi Milinko Pantiç Topaz Premyer Liqasının 31-ci turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, "zolaqlılar"ın serbiyalı çalışdırıcısı 0:4 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Bu cür məğlubiyyətdən sonra nə deyə bilərəm? Mənə “İnter”i təbrik etmək qalır, yaxşı oyun göstərib ədalətli qələbə qazandılar. Yetirmələrim üçün 0:4 ağır məğlubiyyət ola bilər, mənim üçün isə 0:1 də məğlubiyyətdi. Bəzi oyunçular artıqlaması ilə özünü oyuna verdi, meydançada sona kimi mübarizə apardılar. 7-8 aydır ki, buradayam, hamıya hər şey aydındır. Futbola aid olmayan bəzi hallar var, futbolçularım bunu pis keçirir”.
