20 aprel 2014 16:55
Rubin Abışovsuz Spartaka qalib gəldi
Futbol üzrə Rusiya Premyer Liqasında 26-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışovun komandası "Rubin" öz meydanında "Spartak"la qarşılaşıb.
Oyun həmyerlimizin komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb. Ruslanın adı bu oyunun iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, "Rubin" hazırda 31 xalla 10-cu pillədə qərarlaşıb.
