20 aprel 2014 14:52
Gökdəmirsiz Elazığspor məğlub oldu
Futbol üzrə Türkiyə Super Liqasında 30-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Əli Gökdəmirin komandası "Elazığspor" səfərdə "Bursaspor"la qarşılaşıb.
Futbolçumuzun komandası minimal hesabla məğlub olub. Zədəli olan Gökdəmir bu oyunda da komandasına kömək edə bilməyib.
Hazırda "Elazığspor" 31 xalla 15-ci yerdə qərarlaşıb.
