20 aprel 2014 14:41
Maksim Medvedev: Simurq bizim üçün çətin rəqibdi
"Qarabağ"ın müdafiəçisi Maksim Medvedev Topaz Premyer Liqasının 31-ci turu çərçivəsində qarşılaşacaqları "Simurq"la oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Simurq" bizim üçün çətin rəqibdi. Bu mövsüm onlarla üç dəfə heç-heçə etmişik. Hər dəfə "Simurq"un futbolçuları bizim oyunumuzu yaxşı "oxuyub". Ağır olacaq. Nəzərə almaq lazımdı ki, səfərdə oynayacağıq. Üstəlik, tanış olmayan, sintetik meydanda mübarizə aparacağıq. Sevindirici bircə şey var, o da cəzalı və zədəli futbolçumuzun olmamasıdı. Ümid edirəm ki, layiqli oyun sərgiləyib qələbə qazanacağıq".
