19 aprel 2014 12:22

Pavel Kapsa: Qarabağ çempion olacaq, ancaq Zaqatalada yox

“Simurq”un polşalı qapıçısı Pavel Kapsa azerisport.az saytına müsahibəsində komandasının TPL-in 31-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirəcəyi oyun və özünün komandadakı gələcəyi haqda danışıb:
- Demək olar ki, çempion olan “Qarabağ”a qarşı keçirəcəyiniz oyun haqda nə deyə bilərsiniz?
- Yarış cədvəlində demək olar ki, perspektivsiz vəziyyətə rəğmən, biz mövsümü özümüz və azarkeşlərimiz üçün layiqli bitirmək istəyirik. Liderə qarşı oynamaq çətin olacaq. Ancaq bu, həm də maraqlı olacaq.
- Əvvəlki üç oyunda siz “Qarabağ”a məğlub olmamısınız. Bu, Premyer Liqanın digər iştirakçıları ilə müqayisədə ciddi göstəricidir.
- Biz bir qol da buraxmamışıq. Bu, yaxşıdır. Ancaq qol da vura bilməmişik. Ümid edirəm ki, bu dəfə qol buraxmadan, qol vuracağıq.
- “Qarabağ”ın qələbəsi və yaxın izləyiciləri “Neftçi” və “İnter”in büdrəyəcəyi təqdirdə, ağdamlılar ölkə çempionu olacaqlar.
- Bizi çempionluq qovhaqovu necə isə maraqlandırmır. Kiməsə görə çalışmayacağıq. Öz klubumuz üçün oynayacağıq.
- Rəqibin çempionluğu Zaqatalada qazana biləcəyi amili heç bir rahatsızlıq doğurmur?
- Əgər qalib gəlsək, “Qarabağ”ın çempionluğunu daha bir həftəyə təxirə salacağıq. Hər halda, ağdamlılar çempionatı qazanacaqlar. Ancaq bu, Zaqatalada olmayacaq.
- İstisna deyil ki, mövsümün sonunda “Simurq”da kadr dəyişiklikləri olacaq. Ancaq çox güman ki, bunlar sizdən yan ötəcək. Axı siz “Qarabağ”ın qapıçısı İbrahim Şehiçdən sonra ən az qol buraxmış qapıçısınız.
- Hələ bu barədə düşünməmişəm. Mövsümün əvvəlində mən bir illik müqavilə imzalamışam və bu, mayda başa çatır. Menecerim klubla danışıqlar aparacaq. Mənim işim oynamaqdır.
- Digər polşalı qapıçı David Petrkeviç daha sərfəli şərtlərlə başqa komandaya keçib. Sizin belə planlarınız yoxdur ki?
- İndi deyə bilmərəm. Oyunuma gəlincə, nə qədər buraxdığımı düşünməmişəm. Axı əsas, komandanın nəticəsidir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.