20 aprel 2014 00:05

Topaz Premyer Liqasında 31-ci tur həyacanı

Bu gün Topaz Premyer Liqasında 31-ci turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, kubok oyunları ilə əlaqədar olaraq bütün görüşlər bir gündə baş tutacaq.

Tura paytaxt derbisi ilə start veriləcək. "Bakı" doğma meydanda "İnter"i qəbul edəcək. Bu qarşılaşma hər iki komanda üçün böyük əhəmiyyət daşıyır. Kaxaber Sxadadzenin komandası derbidən 3 xalla ayrılacağı təqdirdə 2-ci pillədəki mövqeyini qorumuş olacaq. Milinko Pantiçin yetirmələri isə doğma meydanda qələbəyə sevinərsə, "bankirlər"in cəmi 2 xal gerisində qalacaq. 2 ildi qələbə həsrətində olan “Bakı” son 5 paytaxt derbisində qalib gələ bilmir. İndiyədək eyni sayda qol vuran rəqiblərin duellərində “İnter” qələbə sayında da öndədi. Ümumilikdə 37 dəfə qarşılaşan rəqiblərin duelindən 15 dəfə "bankirlər", 9 dəfə isə "ağ-göylər" qələbə ilə ayrılıb. Qalan 13 görüş isə bərabərliklə yekunlaşıb.

Növbəti 3 görüş eyni saatda start götürəcək. "Rəvan" öz meydanında "Qəbələ" ilə münasibətlərinə aydınlıq gətirəcək. Düşmə zolağında "Sumqayıt"la eyni xala sahib olan (18) Güvənç Kurtarın komandası xal qazanaraq fərqi artırmağa çalışacaq. Bundan başqa "aslanlar" kubokda da yoluna davam etdiyindən, türkiyəli mütəxəssisin əsas gücünü yarımfinalın cavab oyununa saxlayacağını demək olar. Kubokun yarımfinal mərhələsinin ilk oyununda "Xəzər Lənkəran" üzərində inamlı (3:0) qələbə qazanan "Qəbələ" də 3 xala çalışacaq. Buna səbəb Yuri Syominin dəstəsinin Premyer Liqada hələ ki, mükafatçılar pilləsindən geri qalmasıdı. Cütlüklər bugünədək 7 dəfə qarşılaşıb. Bu görüşlərin 4-də əyalət, 2-də isə paytaxt klubu qələbə qazanıb. Bir oyun isə sülhlə başa çatıb.

"Bayıl Arena"da keçiriləcək görüşlə eyni vaxtda "Neftçi" - "Sumqayıt" görüşü də start götürəcək. Sumqayıt təmsilçisinin Premyer Liqada heç bir iddiası olmadığından yalnız sonuncu pillədən qurtulmağa can atır. "Neftçi" isə həm çempionatın mükafatçılar sırasında yer almağı, həm kuboka sahib çıxmağı hədəfləyib. Son dövrədə Aqil Məmmədovun yetirmələri Böyükağa Hacıyevin dəstəsini 2:0 hesablı məğlubiyyətə uğratmışdı. Rəqiblərin bugünədək 7 dəfə yolları kəsişib. Bunların 4-də məğlub olan "Sumqayıt" 2 görüşdə qələbə qazanıb və 1 görüşdə komandalar sülhə razılaşıb.

Zaqatalada isə lider "Qarabağ" "Simurq"un qonağı olacaq. Artıq çempionluğun bir addımlığında olan Ağdam klubu səfərdən 3 xalla dönərsə və növbəti turda da qələbə qazanarsa, çempionluğunu elan edəcək. Zaqatala təmsilçisinin isə çempionatda heç bir iddiası qalmayıb. Bu səbəbdən Georgi Çixradzenin yetirmələri ancaq xal qazanaraq, mövsümü mümkün qədər yaxşı yerdə tamamlamağa çalışacaq. Komandalar 19 dəfə üz-üzə gəlib. Bu görüşləri 9-da tərəflər hərəyə 1 xalla kifayətlənməli olub. Qalan 5 görüşdə "Simurq", 5-də isə "Qarabağ" qələbəyə sevinib. Maraqlısı ondadı ki, cütlüyün qarşılaşdığı son 4 oyunda qapılara qol vurulmayıb.

Günün və turun son oyunu isə Lənkəranda baş tutacaq. Kubokda "Qəbələ"dən ağır zərbə alan "Xəzər Lənkəran" doğma azarkeşlər önündə AZAL-ı qəbul edəcək. Premyer Liqada heç bir iddiası olmayan "ağ-yaşıllar"ın avrokubok ümidi yalnız kubokdu. Lakin bu gedişlə Mustafa Dənizlinin yetirmələrinin mükafatsız qalacağını demək olar. Həmçinin Şüvəlan təmsilçisi də heç bir iddia uğrunda çıxış etmir. Cütlüklər artıq 24-cü dəfə üz-üzə gələcək. Bu görüşlərin 13-də cənublular, 4-də isə AZAL qələbəyə sevinib və 6 qarşılaşma da sülhlə başa çatıb.

Topaz Premyer Liqası
31-ci tur

20 aprel (bazar)

15:00. Bakı - İnter
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Rza Məmmədov, Ramiz Məhərrəmov.
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Əli Hüseynov.
“Bakı”nın təlim-məşq bazasının stadionu.

17:00. Rəvan - Qəbələ
Hakimlər: Vüsal Əliyev, Nahid Əliyev, İsgəndər Əliyev, Sərxan İsmayılov.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. “Bayıl Arena”.

17:00: Simurq - Qarabağ
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Mübariz Haşımov, Tahir Əhmədov.
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor: Fazil Mürşüdov.
Zaqatala şəhər stadionu.

17:00. Neftçi - Sumqayıt
Hakimlər: Elvin Əsgərov, Elşən Acalov, Coşqun Həsənov, Alik Yunusov.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Asim Xudiyev.
Bakı. “Bakcell Arena”.

18:00. Xəzər Lənkəran - AZAL
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Azər Əsgərov, Nail Nağıyev.
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Füzuli Nəcəfov.
“Xəzər Lənkəran” mərkəzi stadionu.
 

1 Qarabağ 30 20 7 3 60 15 +45 67
2 İnter 30 16 6 8 47 32 +15 54
3 Neftçi 30 16 6 8 43 35 +8 54
4 Bakı 30 14 7 9 47 33 +14 49
5 Qəbələ 30 13 6 11 37 32 +5 45
6 Simurq 30 10 10 10 32 24 +8 40
7 XL 30 9 11 10 31 41 –10 38
8 AZAL 30 6 9 15 27 44 –17 27
9 Rəvan 30 3 9 18 17 55 –38 18
10 Sumqayıt 30 3 9 18 20 50 –30 18

Bombardirlər:
19
- Reynaldo (Qarabağ)
12 - Vaqif Cavadov (İnter)
11 - Daniel Subotiç (Qəbələ)
10 - Draqan Çeran (Simurq)
9 - Etame Mbilla (Xəzər Lənkəran), Baçana Sxadadze (İnter), Leroy Corc (Qarabağ).
8 - Əfran İsmayılov (Bakı), Rauf Əliyev (Bakı), Çumbinyo (Qarabağ).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.