19 aprel 2014 16:25

Samet Aybaba: Rəvan finala çıxa bilər

Məşhur türk məşqçi Samet Aybaba azerisport.az saytına müsahibəsində ölkəmizə səfərindən, Güvənc Kurtarın komandasından danışıb.

- Sizin stadionda olmanız bəzi şayiələrə yol açır...
- Burada hamı mənim hansısa klubla danışıq apardığımı düşünür. Belə deyil. Güvənc Kurtar mənim dostumdu. Onun komandası "Rəvan"ın vacib oyunu olduğu üçün Bakıya gəldim. Həm matça baxım, həm dostumla danışım, həm də Bakını görüm.

- "Neftçi" - "Rəvan" görüşü haqda nə deyə bilərsiz?
- Maraqlı futbol izlədik. "Neftçi" haqda danışmağa ehtiyac yoxdu. Azərbaycanın köklü klublarından biridi. Heyətdə çoxlu sayda güclü legionerlər var. İlk hissədə yaxşı oynadılar. "Rəvan"ın son dəqiqələrdə qol vuracağını gözləmirdilər. Hesabın 1:1 olması cavab matçını daha maraqlı edir.

- Finala hansı komanda daha yaxındı?
- Hələ heç nə həll olunmayıb. Hər ikisinin şansları var. Əlbəttə, "Rəvan" komandası da finala çıxa bilər. Çünki, səfərdə qol vurublar. Bu, daha çox məşqçilərin secəcəkləri taktikadan asılıdır. Güvənc Kurtar komandada yaxşı mənada dəyişiklik edib. Heyət baxımından hiss olunur ki, seçimi böyük deyil. Bununla belə komandanın sona qədər mübarizə aparacağı görünür.

- "Neftçi" bir neçə il əvvəl Avropa Liqasının qrup mərhələsində çıxış edib. Amma indi bir qədər zəif təsir bağışlayır...
- "Neftçi" həm də Azərbaycan çempionudu. Ölkə futbolunun tarixidi. Ola bilər heyətdə müəyyən dəyişikliyə ehtiyac var. Başqa komanda haqda danışmaq düz olmaz. Bir oyunla da komandaya qiymət vermək yanlış qərardır.

- Azərbaycandan təklifləriniz olubmu?
- "Antalyaspor"dan ayrıldıqdan sonra heç bir təklif olmayıb. Yaxın keçmişdə Azərbaycandan bir klubdan təklif olub. Sadəcə, bu, yalnız təklif olaraq qalıb. Müzakirələr olmayıb. Mən hər zaman danışıqlara açıq insanam. Əgər real təklif olarsa düşünmək olar. Azərbaycan bizim üçün özgə məkan deyil. Türkiyə hər zaman Azərbaycana qardaş ölkə kimi baxır.

- Mustafa Dənizlinin "Xəzər Lənkəran"da çalışmasına necə baxırsınız...
- Mustafa hoca tanınmış futbol adamıdır. Onun Lənkəranda klubunda çalışması futbolunuz adına yaxşı haldı. Onların nəticələrindən geniş xəbərim yoxdu. Sadəcə, bilirəm ki, Mustafa hoca böyük dəyişiklik etmək istəyir. Çempionatda iddiaları qalmayıb. Yəqin gələcəkdə komanda daha yaxşı oynayar.

- Türk məşqçilərin Azərbaycanda işi o qədər uğurlu alınmayıb. Səbəb nədədi?
- Bizim çoxlu sayda məşqçimiz və futbolçumuz Azərbaycanda çalışıb. Özü də hamısı ürəkdən işləyib. Ola bilər zaman çatmayıb. Azərbaycanda futbol indi inkişaf edir. Hər bir işdə uğur qazanmaq üçün zaman lazımdır. Futbolda tez bir zamanda uğur qazanmaq olmur. Məşqçiyə inanmaq və ona dəstək olmaq lazımdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.