19 aprel 2014 16:50

"İnterlə oyun Bakı üçün final görüşüdü"

“Bakı” Topaz Premyer Liqasının 31-ci turu çərçivəsində evdə “İnter”i qəbul edəcək. Azerisport.az xəbər verir ki, bu gün oyunöncəsi son məşqini keçən "zolaqlılar"ın baş məşqçisi Milinko Pantiç görüş haqda fikirlərini açıqlayıb:

“Çox maraqlı və çətin oyun olacaq. İkinci yerlə dördüncü yerin qarşılaşması başqa cür ola da bilməz. “İnter”lə aramızda 5 xallıq fərq var. “Bakı” üçün final görüşüdü. Final oyunları isə oynanılmır, qələbə qazanılır. “İnter”in baş məşqçisi Kaxaber Sxadadzenin işini də yüksək qiymətləndirmək lazımdı. O, uzun müddətdi bir komandada çalışmaqla əsl oyun fəlsəfəsini ortaya qoyub. Cari mövsüm bu iki rəqibin görüşlərində heç-heçə tendensiya halını alıb. İnşallah, sabah qələbə qazanıb bu hala son qoymalıyıq. Əlbəttə, bizim əvvəlki görüşlərdə kifayət qədər fərqlənmək şanslarımız olsa da, çox qol vura bilməmişik. “İnter” bütün komandalar üçün çətin rəqibdi. Məni üzən məqam sabah Rauf Əliyevin meydana çıxa bilməməsiylə bağlıdı. “İnter”lə 1:1 başa çatan əvvəlki oyunda da Raufun xidmətindən məhrum olduq. Ancaq bu, o demək deyil ki, mən mübarizə aparmaqdan qorxub, ağlayıram. Mövsümboyu “Bakı” və “İnter” turnir cədvəlində yanaşı pillələrdə olub. Finişə doğru “İnter”in 2-ci pilləyə qalxması məni bir o qədər narahat etmir. Komandam bu yerə gəlib çatıbsa, deməli, əziyyətləri böyükdü. Məni “Bakı”nın tutduğu mövqe yox, başqa məqamlar daha çox düşündürür. Sabah layiqli oyunla “İnter”ə daha da yaxınlaşmağa çalışacağıq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.