18 aprel 2014 12:00

Böyükağa Hacıyev: Rəvan Neftçidən üstün ola bilməz

"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev azerisport.az saytına müsahibəsində Azərbaycan Kubokunun yarımfinal mərhələsində ilk oyundan, finala vəsiqə qazanmayacaqları təqdirdə gələcək karyerasından danışıb:

- İlk oyunun bu nəticə ilə (1:1) başa çatmasına səbəb nə oldu?
- Bizim komanda yaxşı oynadı. “Neftçi” 90 dəqiqə üstün tərəf oldu. Cavid İmamverdiyevin gözəl qol şansları oldu. Əgər o, qol şanslarından istifadə etsəydi, biz fərqli hesabla qələbə qazanardıq. Rəqibin bəxti gətirdi. “Rəvan”a hörmətlə yanaşırıq. Sadəcə, reallığı demək lazımdır. Bu gün “Neftçi” daha güclü idi. Bəxt hər zaman güclünün tərəfində olmur.

- Bəlkə Güvənc Kurtar “Neftçi”ni yaxşı təhlil etmişdi?
- Komandamız yaxşı təhlil olunsaydı, İmamverdiyevin o qədər qol şansı olmazdı. Rəvan 90 dəqiqə zamanı “Neftçi”nin üstünlüyünü gördü. Bəxtimizin gətirmədiyini cavab matçında göstərəcəyik.

- Cavab matçında “Neftçi”dən sürpriz gözləmək olar?
- Sürpriz olmayacaq. Çünki, “Neftçi” finala çıxmalıdır. Məğlubiyyəti karyeram üçün faciə hesab edəcəyəm. Şanslı qələbələrimiz olub. Bütün rəqiblərə hörmətlə yanaşıram. Sadəcə, biz bu mərhələdə “Rəvan”a uduzmamalıyıq. Haqqımız yoxdur buna. “Rəvan” “Neftçi”dən üstün ola bilməz. Cavab görüşündə dediklərimi sübut edəcəyəm. 

- Çempionatdakı “Sumqayıt”la oyunda əsas oyunçulara istirahət vermək barədə düşünürsünüz?
- Heç kimə istirahət verilməyəcək. Komanda hər oyunda qələbə üçün meydana çıxır. Həm çempionatda, həm Kubokda sona qədər mübarizə aparacağıq. Bizim üçün bütün turnirlər əsasdır. Cavab matçında başqa tərzdə hazırlaşacağıq. Futbolçulara inanıram. “Neftçi” finala vəsiqə qazanacaq.

- Demisiniz, lazım gəlsə, beş hücumçu ilə çıxacaqsınız, axı komandada beş hücumçu yoxdur...
- Lazım gəlsə, Arazla Flavinyonu meydana sırf hücumçu kimi buraxacağam. Cavab görüşü taktika cəhətdən mübarizə olacaq. Erkən qol vurmaq lazım gələcək. Rəqib necə oynayacağını özü bilər.

- Cavab matçında yenidən “Rəvan”ın bəxti gətirə bilər...
- Biz bu dəfə hər şeyi özümüz həll etməliyik. Heç nəyi zamanın öhdəsinə buraxmaq olmaz. İlk hissədə üstünlüyümüz hesabda da əksini tapmalıdır. İlk yarımfinal görüşündə səhvlərimiz də oldu. Bu səhvlər, burda qalmalıdır. “Rəvan”dan güclü olduğumuzu sübut etmək vacibdir. Futbolçularla söhbətimiz olacaq. Əgər finalda olmaq istəyirlərsə, özlərinə göstərsinlər.

- “Rəvan”ın finala daha yaxın olması fikri ilə razısınız?
- Səfərdə vurulan qol üstünlük verir. Amma finala yaxınlaşmaq, hələ vəsiqə qazanmaq demək deyil. “Neftçi” hər zaman toparlanmağı bacaran komandadır. Azərbaycan Kuboku bizə mövsümü titulla başa vurmağı kömək edəcək. Biz heç kimə güzəştə getməyəcəyik. İlk görüşdə qazanmalı olduğumuz qələbəni bir həftə sonraya saxladıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.