17 aprel 2014 12:22
Syomin Subotiçi mükafatlandırma mərasiminə buraxmadı
“Qəbələ”nin hücumçusu Daniel Subotiç TPL-in ötən ilin dekabr ayı üçün ən yaxşı futbolçu seçildiyi özünün mükafatlandırma mərasimində iştirak etməyib. Azerisport.az xəbər verir ki, “radarlar”ın baş məşqçisi Yuri Syomin komandanın Qəbələdə məşq etdiyini əsas gətirərək, futbolçunu mərasimə buraxmayıb.
