17 aprel 2014 11:48

Nizami Hacıyev: İnanıram ki, vurduğum qollar mənə və komandama düşərli olacaq

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunu “Qəbələ” - “Xəzər Lənkəran” matçı (3:0) “qırmızı-qaralar”ın azarkeşləri ilə yanaşı, futbolçu Nizami Hacıyev üçün də sevindirici və yaddaqalan oldu. Azerisport.az xəbər verir ki, “Qəbələ”nin heyətində 27-ci matçına çıxan Nizami Hacıyev məhz sözügedən qarşılaşmada komandasında qol hesabını açdı.
Matçda dublunu rəsmiləşdirmiş və qələbədə əvəzsiz rol oynayan yarımmüdafiəçi klub tarixində qol sevinci yaşayan 83-cü futbolçu oldu. Nizami kubokda “Qəbələ” üçün qol vuran 30-cu oyunçu kimi də tarixə düşdü.
Matçın ardından təəssüratlarnı gabalafc.az saytı ilə bölüşmüş Hacıyev qələbəyə və qol hesabını açdığına görə sevincli olduğunu, cavab oyununda daha diqqətli oynayacaqlarını söyləyib:
"Gərgin oyun alındı. İkinci hissədə təzyiqimiz öz bəhrəsini verdi. Artıq xeyli müddət idi ki, azarkeşlərimizi doğma meydanımızda sevindirə bilmirdik. Bu dəfə hər şey istədiyimiz kimi nəticələndi. Qələbə qazandığımıza görə çox sevincliyəm. Oyun mənim üçün xüsusilə yaddaqalan oldu və unudulmayacaq. “Qəbələ” forması ilə qol hesabımı açdım. İnanıram ki, bu qollarım mənə və komandama düşərli olacaq. Finala adlamaq üçün ilk oyunda gözəl qələbə qazandıq. Amma arxayınlaşmaq olmaz. Cavab oyununda diqqətli olmalıyıq. İnanıram ki, etibarlı oyunumuzu səfərdə də təkrarlayaraq, finala vəsiqə qazanacağıq. Bizi dəstəkləyən hər kəsə təşəkkürümü bildirirəm". 
(Qəbələ FK rəsmi saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.