17 aprel 2014 11:40

Güvənc Kurtar: Hacıyev istəyir, on hücumçu ilə oynasın, Rəvan heç kimdən çəkinmir

“Rəvan”ın baş məşqçisi Güvənc Kurtar azerisport.az saytına müsahibəsində Azərbaycan Kubokunda ilk yarımfinal görüşündən, Böyükağa Hacıyevin sözlərindən və finala çıxmaq istəklərindən danışıb:

- Yarımfinalın ilk görüşündə “Neftçi” ilə 1:1 oynayacağınızı gözləmirdik...
- Bu, mənim üçün gözlənilməz oldu. Məğlub olsaq belə, futbolçulardan qol vurmağı tələb etmişdim. Komanda olaraq “Neftçi”ni yaxşı təhlil etdik və bəhrəsini gördük. “Neftçi” ölkənin ən güclü klublarından biridir. Bizim məqsədimiz qol vurmaq idi. Fikrimcə, şanslar hələ də bərabərdir. Cavab matçı daha çətin olacaq. Psixoloji cəhətdən kim hazırlıqlı olacaqsa, o da sevinəcək.

- “Rəvan”ın ilk oyunda bərabərə qalması, müəyyən mənada sensasiya oldu...
- Bu, sensasiya deyil. Cavab matçında “Neftçi”ni məğlub etsək belə, sensasiya olmayacaq. “Rəvan”ın məqsədi finala çıxmaq deyil, hədəf, kuboku qazanmaqdır. Mövsümü major notda bitirmək üçün şansımız var. Ona görə bu imkandan yararlanmaq lazımdır.

- Cavab matçında yəqin müdafiə futbolu oynayacaqsınız...
- Müdafiə futbolu olmayacaq. Həm müdafiədə, həm hücumda oynayacağıq. “Rəvan” finala çıxmaq istəyirsə, mütləq qol vurmalıyıq. Səfərdə “Neftçi”yə qol vurduqsa, deməli, öz meydanımızda daha yaxşı nəticə qazana bilərik. Məğlubiyyət barədə düşünmürük. “Rəvan” nəticələrin təsadüfi olmadığını sübut edəcək.

- Çempionat artıq sizin üçün önəmli deyil, əsas kubokdur. Digər tərəfdən, “Rəvan” Premyer Liqanı tərk edə bilər...
- Siz düz qeyd etdiniz. Azərbaycan çempionatında köklənməmiz az olur. Orada mükafat qazanmaq şansımız yoxdur. Xal ehtiyatımızı çoxaltmaq istəyirik, vəssalam. Əsas gücümüz, heyətimiz kubok üçün qorunur. Mən gizlətmirəm ki, əsas fikrim, Azərbaycan Kubokuna yönəlib. Ona görə bəzi futbolçularımıza çempionat matçlarında istirahət veririk. 

- “Neftçi”ni məğlub etməyin yollarını bilirsiniz?
- Hər bir komandanı üstələmək olar. Biz rəqibi bir oyun üçün təhlil etmişdik. Yəqin, “Neftçi” cavab matçına sürpriz hazırlayacaq. “Rəvan” hər şeyə hazır olacaq. Əgər finalda çıxış etmək istəyiriksə, mütləq “Neftçi”ni sıradan çıxarmalıyıq. Amma 1:1 hesabı heç nə demək deyil. Əsas mübarizə cavab matçında olacaq.

- Böyükağa Hacıyev deyib ki, cavab matçı karyerasının ən önəmli oyunu olacaq. Yəni, “Rəvan”a məğlubiyyət barədə düşünmür...
- Bu, həmkarımın fikridir. Ona hörmətlə yanaşıram. Təcrübəli məşqçidir. Yəqin, cavab matçında tam başqa cür oynayacaqlar. Hər bir məşqçinin oyunlar bağlı öz baxışı olur. Etiraf edirəm ki, rəqibin heyətində təcrübəli futbolçular çoxdur. Bizim üçün çətin olacaq. Xüsusilə, onlar hücumda oynayanda çətin anlar olur.

- Həmkarınız deyib ki, lazım olsa beş hücumçu ilə oynayacaqlar...
- İstəyirlər, on hücumçu ilə oynasınlar. “Rəvan” heç kimdən çəkinmir. Biz heç kimdən qorxmuruq. Gücümüzü meydanda göstəririk. İlk oyun göstərdi ki, cavab matçına yaxşı şanslarımız var. Həmin şansları istifadə etməsək, azarkeşlər bizi bağışlamaz. 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.