17 aprel 2014 17:40

Berti Foqts: ABŞ yığmasına təyinatımın arxasında gizli heç nə yoxdur

Millimizin baş məşqçisi Berti Foqts müsahibəsində Almaniya Bundesliqası və ABŞ yığmasının baş məşqçisi Yurgen Klinsmana məsləhətçi təyin edilməsi haqda fikirlərini açıqlayıb. Azerisport.az alman mütəxəssisin bundesliga.de saytına açıqladığı fikirlərini diqqətinizə çatıdır:
“Almaniya Bundesliqasının bütün Almaniya futbolu kimi, çox yaxşı nüfuzu var və bu, kənardan gözə çarpır. Futbol əsasları nöqteyi-nəzərindən, dünyada bu sistemin oxşarı yoxdur. Bizim güclü klublarımız və güclü yığmamız var”, deyə Foqts söz başlayıb.
“Teryer” həmçinin, ABŞ yığmasının baş məşqçisi Yurgen Klunsmana məsləhətçi təyin edilməsi ilə çoxlarının təəccübünə səbəb olan məqama aydınlıq gətirib: “Bu təyinatın arxasında çoxlarının düşündüyü kimi, elə də çox şey dayanmır”, deyə Foqts təbəssümlə cavab verib.
“Birincisi, Almaniya yığmasını yaxşıca öyrənmək üçün, Klinsmana mən lazım deyiləm. O, onsuz da, almanlar haqda hər şeyi özü bilir. Ümid edirəm ki, Almaniya yığması dünya çempionu olacaq. Futbolçuların bu nəsli bu qələbəyə layiqdir. Klinsmanla uzun illərdir ki, münasibətlərimiz var. Nə vaxtsa mən onu Almaniya futbol ittifaqına baş məşqçi qismində məsləhət görmüşəm. Onun başladığı işi, Löv və Birhoff davam etdirdi və indi Almaniya futboluna tam fərqli bir baxış var”, deyə Foqts vurğulayıb.
Təcrübəli məşqçi həmçinin, özünün ABŞ yığmasında birbaşa öhdəliklərinə də toxunub və bu sazişin Azərbaycan futboluna əhəmiyyətini qeyd edib: “DÇ-də ABŞ yığmasının Almaniya yığması ilə oyunu dostların əhatəsində bir oyun olacaq. Ancaq ABŞ qələbə istəyindədir. Portuqaliya və Qana yığmalarının oyunlarını izləyəcəyik. Bundan başqa, təyinatım, həmçinin, Azərbaycan və ABŞ futbol qurumları arasında əməkdaşlığa bir körpüdür. Biz yoldaşlıq oyunu keçirəcəyik və bunun Azərbaycan futbolu üçün müsbət əhəmiyyəti olacaq. Sonralar gənclər və qadınlardan ibarət komandalar bu ənənəni davam etdirəcəklər”, deyə Foqts fikrini tamamlayıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.