16 aprel 2014 00:02

Azərbaycan kubokunda yarımfinal həyacanı

Bu gün futbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsinə start veriləcək. Azerisport.az xəbər verir ki, qarşılaşmalardan biri bölgədə, digəri isə paytaxtda baş tutacaq.

İlk oyun Qəbələdə keçiriləcək. Premyer Liqada iddiasını ortaya qoyaraq ilk pillələrə qədər yüksələn, lakin sonradan rəqabətə tab gətirə bilməyən "Qəbələ" doğma meydanda çempionatda heç bir iddiası olmayan "Xəzər Lənkəran"ı qəbul edəcək. "Qırmızı-qaralar" artıq 3-cü dəfədi ki, kubokun yarımfinal mərhələsinə qədər yüksələ bilib. Əvvəlki iki turnirdə finalın 1 addımlığında dayanan “Qəbələ” 6 il əvvəl məhz “Xəzər Lənkəran”la görüşmüşdü. Onda hər iki komanda matçların ikisində də qol sevinci yaşamışdı. Amma ümumi nəticədə 4:2 hesablı qələbə cənubluları finala daşımışdı. Növbəti mövsümdə “Qəbələ” final yolunda “İnter”lə qarşılaşıb. Bu dəfə hər iki komanda öz meydanında quru hesablı qələbə qazanıb. Ümumi hesabda 5:2 hesablı qələbə bakılıları finala çıxarıb. Yuri Syominin yetirmələri cari mövsümün kubok yarışında "Mil-Muğan" və "Qarabağ"ı mübarizədən kənarlaşdırmağı bacarıb. Kubok yarışı həm də demək olar ki, əyalət klubunun Avropaya vəsiqə qazanması üçün tək yoludu.

"Ağ-yaşıllar" isə tarixində 8-ci dəfə bu mərhələyə yüksəlib. Rəqibindən fərqli olaraq, Lənkəran təmsilçisi bu cəhdlərinin 5-də finala adlamağı bacarıb. "Xəzər Lənkəran" cari mövsümdə 1/2 finala çıxmaq üçün "Neftçala" və "Araz Naxçıvan"ı yolundan kənarlaşdırmağı bacarıb. Mustafa Dənizlinin komandasının Premyer Liqada heç bir iddiasının olmadığını nəzərə alsaq, cənublular avrokuboklara vəsiqə qazanmaq üçün mütləq kubokun qalibi olması lazımdı. Amma bu, heç də asan olmayacaq.

"Bakcell Arena"da keçiriləcək digər qarşılaşmada isə "Neftçi" və "Rəvan" komandaları üz-üzə gələcək. Bu cütlüyün iştirakçıları bugünədək kubok yarışlarında üz-üzə gəlməyib. "Rəvan" tarixində ilk dəfə bu mərhələyə qədər yüksəlməyə nail olub. "Ağ-qaralar" isə kubokun çempionluğunu belə yaşayıb. Güvənç Kurtarın komandasının Premyer Liqada heç bir iddiası yoxdu və kubok görüşündə də favorit "Neftçi" hesab edilir. Böyükağa Hacıyevin yetirmələri isə hazırda turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb və avrokuboklara çempionat vasitəsilə də vəsiqə qazana bilər. "Aslanlar" bu mərhələyə gəlmək üçün "Qaradağ Lökbatan" və "Bakı"nı, "Neftçi" isə "Kəpəz" və "İnter"i yolundan kənarlaşdırmağı bacarıb.

Qeyd edək ki, yarımfinal mərhələsinin cavab oyunları aprelin 24-də keçiriləcək.

Azərbaycan kuboku
Yarımfinal
(ilk oyunlar)
16 aprel (çərşənbə)
 
16:00. Qəbələ - Xəzər Lənkəran
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Şahin Cəfərov.
Qəbələ şəhər stadionu.

19:00. Neftçi - Rəvan
AFFA nümayəndəsi: Nüvər Xasıyev.
Hakim-inspektor: Məlik Həsənov.
Bakı. "Bakcell Arena".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.