16 aprel 2014 11:11

Bruno Bertuççi: Rəvanın çempionatdakı uğursuzluğu bizi çaşdırmamalıdır

“Neftçi”nin futbolçusu Bruno Bertuççi azerisport.az saytına açıqlamasında Azərbaycan Kubokunda “Rəvan”la oyundan, son məğlubiyyətdən danışıb:

- “İnter”ə məğlubiyyətin əsas səbəbi nə oldu? Bəlkə “Neftçi” liderə çatmayacağını anlayıb?
- Azərbaycan Kubokunda vacib oyuna çıxacağıq. Məhz buna görə də “İnter”ə məğlubiyyəti tez bir zamanda unutmaq lazımdır. Yalnız bu halda, “Rəvan”la oyuna köklənmək mümkün olacaq. Lider “Qarabağ”la xal fərqi çoxdur. 13 xallıq fərqi aradan qaldırmaq, real görünmür. Bununla belə, meydana heç vaxt arxayın çıxmırıq. Sadəcə, həmin gün qələbə qazana bilmədik. İndi “Rəvan”la oyunda ümidləri doğrultmaq barədə düşünməliyik. Cari mövsüm Kuboku qazanmaq “Neftçi” üçün çox vacibdir.

- Yalnız Kubok “Neftçi”nin mövsümü titulsuz başa vurmamasına kömək ola bilər...
- Ötən mövsüm biz həm çempion olduq, həm də kubok qazandıq. Cari mövsüm Azərbaycan Kubokunu qazanmaq hazırda əsas vəzifədir. Titullardan birini özümüzdə saxlamalıyıq. Bunun üçün “Rəvan”la ilk görüşdə münasib nəticəyə nail olmaq lazımdır.

- İlk oyunda hansı nəticə sizi razı salacaq?
- Əlbəttə, yalnız qələbə. İlk oyunu doğma meydanda oynayırıq. Bizi yalnız qələbə razı sala bilər. Komandamız rəqibə ciddi yanaşmalıdır. Öz qapımızı toxunulmaz saxlamalıyıq. 

- “Neftçi”nin “Rəvan”la oyunun favoriti olması ilə razısan?
- Yarımfinal görüşlərində aşkar favorit olmur. “Rəvan”a zəif rəqib kimi baxmaq olmaz. Əvvəlki mərhələdə “Bakı” komandasını turnirdən kənarlaşdırdılar. Bizi rəqibə ciddi yanaşmalıyıq. Çempionatda uğursuz çıxış etmələri bizi arxayınlaşdırmamalıdır. 

- İstənilən halda, “Neftçi” finala çıxmağa daha şanslı hesab olunur...
- “Rəvan” əks hücumlarda təhlükəli olur. Biz öz oyunumuz barədə düşünməliyik. Bir komandanın o birisinə nisbətən şanslı sayılması normaldır. Amma oyun 0:0 hesabından başlayacaq. Ona görə qol vurmalıyıq. Finala çıxmaq istəyiriksə, mütləq qələbə qazanmaq lazımdır.

- Finala çıxsanız kimin sizə rəqib olmasını istərdiniz “Xəzər Lənkəran” yoxsa “Qəbələ”?
- Biz hələ finala çıxmamışıq. Ona görə fikir bildirmək çətindir. Hər ikisi güclü komandadır. Qoy güclü qalib gəlsin. Bizim üçün fərqi yoxdur. Azərbaycan Kubokunu qazanmaq üçün istənilən rəqiblə mübarizə aparmağa hazırıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.