16 aprel 2014 17:48

Almeydadan 100 ötürmə, Qarayevdən 99 faizlik dəqiqlik

Premyer Liqanın 30-cu turunun statistik göstəriciləri açıqlanıb. Azerisport.az xəbər verir ki, "Qarabağ"ın forvardı Reynaldo 19-cu qolunu vurduğu turun ən yaxşı futbolçusu seçilib. 

Ümumiyyətlə, bu tur bir sıra göstəricilərlə yadda qalıb. Belə ki, "Rəvan"la görüşdə bu komanda 76 faizlik topa sahib olmaqla yadda qalıb. Qapıya 27 zərbə vuran ağdamlıların çərçivəyə gedən 5 zərbəsi qolla tamamlanıb. Komandanın 779 ötürməsindən 741-i ünvana çatıb ki, bu da 95 faiz (!) dəqiqlik deməkdi. 

Maraqlıdı ki, bu qədər hücuma, topa sahibolmaya baxmayaraq komanda görüş ərzində 1 dəfə də ofsayda düşməyib.

Maraqlıdı ki, tur ərzində ən dəqiq ötürmə faizləri də "Qarabağ"dadı. Riçard Almeyda görüş ərzində 100-dən çox (!) dəqiq ötürmə ilə yadda qalıb. Rəşad Sadıqovun 104-cəhddən 97-sində topu digər "Qarabağ"lıya çatdıra bilibsə, Qara Qarayev daha unikal göstəriciyə imza atıb. Belə ki, 22 yaşlı yarımmüdafiəçinin 91 ötürməsindən 90-ı dəqiq olub (!) və ya başqa sözlə 99 faizlik göstəriciyə sahib çıxıb. Elə Maksim də 99 faizlik nəticə göstərib. Amma Medvedev 78 ötürmədən 77-sini dəqiq tamamlaya bilib.
(Klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.