16 aprel 2014 16:44

İsmayılov: Avrokuboklar üçün çox darıxmışam

“Bakı”nın futbolçusu Əfran İsmayılov azerisport.az saytına müsahibəsində “Xəzər Lənkəran”la oyundan, vurduğu penaltilərdən və komandasının avrokuboklara düşmək şansından danışıb:

- “Xəzər Lənkəran”la görüşdə iki fərqli hissə izlədik...
- Sözün düzü, fasiləyə qədər nə baş verirdi bizə də aydın olmadı. Futbolçularımız sanki oynamırdı. Özümüz rəqibə fərqlənmək şəraiti yaratdıq. iki qol vurdular. Amma biz yenə də normal oyun göstərmədik. İlk hissə bizim üçün arzuolunmaz yuxu oldu. Fasiləyə gedəndə düşünürdüm ki, yəni biz o qədər zəif idik?

- Fasilədə nə oldu ki, "Bakı" oyandı?
- Futbolçularımız başa düşdü ki, “Xəzər Lənkəran”dan zəif deyilik. Əgər onlar 45 dəqiqəyə iki qol vura bilirsə, niyə biz bunu etməyək? Komanda oyunu oynadıq və rəqibə tutarlı cavab verdik. İkinci hissədə meydanda yalnız "Bakı" var idi. Əlbəttə, rəqibin gücünü də etiraf edirik. Cənublular "Bakı"ya qarşı hər zaman yaxşı oyun sərgiləyiblər. Biz də sübut etdik ki, matçda dönüş edə bilərdik. 

- Son dəqiqələrdə qələbə topunu da vura bilərdiniz...
- Matç 3:2 və ya 4:2 bizim xeyrimizə başa çata bilərdi. Qol vurmaq üçün çoxlu şanslarımız oldu. Sadəcə, istifadə etmədik. Heç-heçə pis nəticə deyil. Ən azı xalsız qalmadıq. Bir xal əldə edərək, mövqeyimizi qoruduq. Mükafat uğrunda mübarizəni davam etdiririk.

- İlk üçlükdən komandanı 5 xal ayırır...
- 5 xal fərqini aradan qaldırmaq olar. Qarşıda bizim “İnter”lə oyunumuz var. Baş məşqçi hər oyuna qələbə üçün çıxmağı tələb edir. Biz 3 xalı qazansaq, avrokubok istəyimizə nail olacağıq. Mövsümə pis başlasaq da, toparlana bildik. “Bakı” mütləq ilk üçlüyə düşməlidir. Biz buna layiq komandayıq.

- Növbəti turda rəqib, “Neftçi”yə qalib gəlmiş “İnter” olacaq...
- Düzü, oyuna baxmamışam. Yəqin, təhlil edəcəyik. “İnter” son zamanlar çox yaxşı oynayır. Heyətdə usta futbolçuları çoxdur. Onlar çox vaxt taktika ilə rəqibə zərbə vurur. Paytaxt derbisində onlara qalib gəlməyə borcluyuq. Çünki, medal qazanmağımız bu oyundan asılıdır.

- Hər iki penaltini niyə məhz sən vurdun?
- Məşqlərdə də Pantiç standart vəziyyətləri mənə etibar edir. Təkcə penalti deyil. Çox vaxt cərimə zərbəsi, künc zərbəsini mən vururam. Pantiç bu dəfə də penaltini mənim vurmağımı istədi. Ona görə topa özüm yaxınlaşdım. Sevinirəm ki, hər iki zərbəm qol oldu. 

- “Bakı” avrokuboklardan kənarda qalsa, günahkar kim olacaq?
- Bu barədə düşünmək istəmirik. Avrokuboklar üçün çox darıxmışam. Çox istəyirəm, yayda bizim komandam da püşkü gözləsin. Heç kimə sirr deyil ki, Azərbaycan azarkeşi avrokuboklara xüsusi önəm verir. Ona görə Avropa Liqasına düşmək üçün çalışmalıyıq. Əsas odur ki, taleyimiz öz əlimizdədir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.