15 aprel 2014 13:00
Xəzər Lənkəran rəsmisinə 5 oyunluq cəza verildi
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 30-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb.
İnter Neftçi matçında İnterin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Bakı Xəzər Lənkəran matçının 62-ci dəqiqəsində Xəzər Lənkəranın futbolçusu Adrian Skarlataçe idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunun 90+2-ci dəqiqəsində Bakının azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub. Oyun başa çatdıqdan sonra Xəzər Lənkəranın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu hakimləri təhqir etdiyinə görə 5 oyunluq cəzalanıb, klubu 5000 manat cərimə olunub.
Qarabağ Rəvan matçının 89-cu dəqiqəsində Rəvanın futbolçusu Orxan Lalayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
Qəbələ AZAL matçında AZAL-ın 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

(PFL)