15 aprel 2014 12:55
Qurban Qurbanov komandasına istirahət verdi
TPL-in 30-cu turu çərçivəsində “Rəvan”a qarşı keçirilmiş oyundan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov yetirmələrinə iki günlük istirahət verib. Azerisport.az xəbər verir ki, “atçılar” TPL-in 31-ci turu çərçivəsində “Simurq”a qarşı keçiriləcək oyuna hazırlığa bu gün başlayacaqlar.
Oyun ərəfəsində “Qarabağ”ın kadr problemləri olmayacaq. Belə ki, heyətdə zədəli və cəzalı futbolçu yoxdur.
