15 aprel 2014 12:12
Millimiz Nigeriya yığması ilə yoldaşlıq görüşü keçirməkdən imtina etdi
Nigeriya yığmasının millimizlə yoldaşlıq görüşü keçirmək istəyi baş tutmayıb. Azerisport.az xəbər verir ki, Nigeriya futbol federasiyasının şərtləri Berti Foqtsun yetirmələrini qane etməyib.
DÇ iştirakçısı iyunun 2-də ABŞ ərazisində oyun təklif etsə də, bu istək müsbət cavablanmayıb.
Qeyd edək ki, komandamız mayın 28-də San-Fransiskoda ABŞ yığması ilə yoldaşlıq oyunundan sonra Vətənə dönərək istirahət etməyi və avrokuboklara hazırlaşmağı nəzərdə tutub.
