15 aprel 2014 00:08
Xuan məşqlərə başlayır
Hələ ötən ilin dekabrında keçirilən AZAL - “Neftçi” oyununda topuq nayihəsindən ağır zədə alan Xuan Fransisko uzun fasilədən sonra məşqlərə başlayıb. Azerisport.az xəbər verir ki, "təyyarəçilər"in ispaniyalı yarımmüdafiəçisi müalicə və tibbi bərpa prosesini uğurla başa vurduğundan həkimlər onun meydana qayıtmasına icazə verib.
Beləliklə, Xuan bu gün - ayın 15-də keçiriləcək məşqdə iştirak edə biləcək.
