15 aprel 2014 11:55
Vaqif Cavadov: Rusiya premyer-liqasına qayıtmaqdan qorxmuram
“İnter”in hücumçusu Vaqif Cavadov azerisort.az saytına açıqlamasında Rusiya premyer-liqasına qayıtmağın mümkünlüyü haqda fikirlərini bölüşüb:
“Mənə rəsmi təklif hələ olmayıb. Ancaq bəzi klubların mənə olan marağı haqda eşitmişəm. Mayın sonunda “İnter”lə müqaviləm sona çatacaq və mən ilk növbədə, məhz bu komanda ilə danışacağam. Rusiyaya qayıtmaqdan qorxmuram. Ancaq ilk olaraq, öz gələcəyim haqda “İnter”lə müzakirələr aparmaq fikrindəyəm”.
Xatırladaq ki, Cavadovu heyətinə qatmaq üçün Kazan “Rubin”i, Samara “Krılya Sovetov” və Nijoqorod “Volqa”sı maraq göstərirlər.
Qeyd edək ki, 24 yaşlı futbolçumuz 2011-2013-ci illər mövsümündə “Volqa”da çıxış edib. 2000-2007-ci illər aralığında isə Moskvanın CSKA klubunun əvəzedici heyətində oynayıb.
