15 aprel 2014 11:33

Muarem Muarem: Çempionluğu Neftçiyə qarşı oyunda rəsmiləşdirmək istərdik

“Qarabağ”ın yarımmüdafiəçisi Muarem Muarem azerisport.az saytına müsahibəsində çempionluq qovhaqovunun son akkordları haqda danışıb:
- Az qala hər turda rəqiblərinizi darmadağın etməkdən yorulmadınız?
- Belə bir şey usandıra bilməz. Bu, vacib oyun idi. Həm çempionluq, həm də rəqibin möhkəmliyi baxımından. Axı biz bu mövsümdə iki dəfə “Rəvan”la heç-heçə oynamışdıq. Yaxşı hazırlaşıb köklənmişdik və yəqin ki, buna görə bu qədər qol vəziyyətləri əldə etdik və qollar vurduq. Onlara beş qol vuracağımızı hətta düşünmürdüm.
- Tur məhsuldar alındı. Belə ki, ən yaxın izləyiciniz “Neftçi” üç xal itirdi...
- Belə sualları komandamıza tez-tez verirlər. Ancaq mən də komanda yoldaşlarım kimi cavab verəcəyəm. Biz özümüz sabit qələbə qazandığımız halda, başqa komandaların nəticələri ilə başımızı qatmırıq. Buna rəğmən, gizlətmirəm ki, bakılıların məğlubiyyətinə sevindim.
- Artıq növbəti turda “İnter” və “Neftçi”nin məğlub olacağı təqdirdə, “Qarabağ” rəsmən çempion ola bilər.
- Əsası, indi “Simurq”u məğlub etməkdir. Çempionluğu isə 31-ci olmasa da, 32-ci turda rəsmiləşdirmək olar.
- Bəlkə sizə Premyer Liqanı 32-ci turda öz meydanınızda “Neftçi”yə qarşı oyunda qazanmaq daha yaxşı və xoş olar?
- Pis variant deyil. Ancaq indi Zaqatalaya səfər haqda daha çox düşünürük. Bu mövsümdə “Simurq”u məğlub edə bilməmişik. Üç oyunda bir qol belə vura bilməmişik. Tapmaca tapmaq və gözləmək fikrimiz yoxdur ki, çempionluq nə vaxt gələcək: mövsümün sonuna beş ya dörd tur qalmış. Ola bilər ki, bunu Zaqatalada qeyd edək.
- Yeri gəlmişkən, 2014-cü il sizin üçün hələlik yaxşı keçir. Siz qollar vurmağa, qol ötürmələri verməyə başlamısınız və bütün bunlar, sizin “Qarabağ”ın düşərgəsini tərk etmək ehtimallarınızdan sonra baş verib...
- Yalnız mən yaxşı oynamağa başlamadım. Mənim komandamın bütün futbolçuları indi axara düşüblər. Çumbinyo, Reynaldo, Leroy, Almeyda, müdafiə, hamı...
- Mövsümün sonu haqda düşünmüsünüz?
- Burada nə düşünəsən?. Mənim müqaviləm 2015-ci ilin yayında başa çatır. Heç yerə getmək fikrim yoxdur. Bundan sonra da “Qarabağ”ı tərk etməyə xüsusi istəyim yoxdur. Ağdam klubunun şərəfini uzun illər qorumaq istərdim.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.