15 aprel 2014 18:07
Qarabağ iki gün sonra başladı
"Qarabağ" məşqlərə başlayıb. Azerisport.az xəbər verir ki, Premyer Liqanın lideri olan komanda 31-ci turda baş tutacaq "Simurq"la oyunun hazırlıqlarına start verib.
Baş məşqçi Qurban Qurbanov "Rəvan" üzərində qələbədən (5:1) sonra komandaya iki günlük istirahət vermişdi. Bu gün yenidən yığışan komanda, günün yeganə çalışması üçün Suraxanı qəsəbə stadionuna yollanıb. Heyətdə cəzalı və zədəlilərin olmaması texniki heyəti sevindirir. "Qarabağ" daha iki gün Bakıda məşq etdikdən sonra Zaqatalaya yollanacaq.
Xatırladaq, "Simurq" - "Qarabağ" oyunu aprelin 20-də Zaqatala şəhər stadionunda keçiriləcək və 17:00-da start götürəcək.
(Klub saytı)
