15 aprel 2014 15:44
Syomin Kamananı əvəzedicilərin heyətinə göndərdi
“Qəbələ”nin baş məşqçisi Yuri Syomin fransalı hücumçu Yannik Kamananın xidmətlərindən bir müddət imtina etməyi qərar alıb. Azerisport.az xəbər verir ki, təcrübəli mütəxəssis futbolçunun son oyunlarda qeyri-qənaətbəxş oyununu əsas gətirərək, onu əvəzedicilərin heyətinə göndərib.
Beləliklə, Kamanan ölkə Kubokunun yarımfinal mərhələsi çərçivəsində “Xəzər Lənkəran”a qarşı keçiriləcək ilk oyunda iştirak etməyəcək.
