15 aprel 2014 15:22
Xəzər Lənkəran: Yarımfinalda 15-ci oyun
Bu həftə Azərbaycan kubokunda yarımfinal mərhələsinə start veriləcək. Azerisport.az xəbər verir ki, aprelin 16-da baş tutacaq ilk oyununda “Xəzər Lənkəran” səfərdə “Qəbələ” ilə görüşəcək.
Tarixində 8-ci dəfə yarımfinala yüksələn “ağ-yaşıllar” bu mərhələdə 15-ci oyununu keçirəcək. 10 illik tarixində yalnız iki dəfə (2008/09 və 2011/12) yarımfinala çıxa bilməyən komanda finalın bir addımlığında da eyni sayda dayanıb. 2004/05 və 2005/06 mövsümlərində yarımfinalda mübarizəni dayandırmış “Xəzər Lənkəran” sonrakı 8 ildə bu mərhələdə dayanmayıb. Belə ki, son 5 yarımfinalda komanda mərhələni uğurla adlayıb.
Ardıcıl ikinci dəfə finala çıxmaq üçün mübarizə aparan “Xəzər Lənkəran” əvvəllər də “Qəbələ”ni kubokda sınağa çəkib. 6 il əvvəl də yolları yarımfinalda kəsişən komandaların duelində “ağ-yaşıllar” səfər qələbəsi ilə finala yüksəlmişdi.
Ümumilikdə isə Lənkəran təmsilçisi yarımfinalda keçirdiyi 14 oyunun yarısında - 7 dəfə qalib gəlib. 3 heç-heçəsi olan komanda 4 dəfə uduzub. Yarımfinalda 16 qol vuran cənublu futbolçular 13 top buraxıb.
|
2004/05
|
16.04.2005
|
İnter (Bakı) - Xəzər Lənkəran
|
2:1
|
1/2, ilk oyun
|
|
2004/05
|
29.04.2005
|
Xəzər Lənkəran - İnter (Bakı)
|
1:1
|
1/2, cavab oyunu
|
|
2005/06
|
03.05.2006
|
Xəzər Lənkəran - Karvan (Yevlax)
|
1:0
|
1/2, ilk oyun
|
|
2005/06
|
07.05.2006
|
Karvan (Yevlax) - Xəzər Lənkəran
|
3:0
|
1/2, cavab oyunu
|
|
2006/07
|
12.04.2007
|
İnter (Bakı) - Xəzər Lənkəran
|
0:1
|
1/2, ilk oyun
|
|
2006/07
|
22.04.2007
|
Xəzər Lənkəran - İnter (Bakı)
|
1:0
|
1/2, cavab oyunu
|
|
2007/08
|
09.04.2008
|
Qəbələ (Qəbələ) - Xəzər Lənkəran
|
1:3
|
1/2, ilk oyun
|
|
2007/08
|
23.04.2008
|
Xəzər Lənkəran - Qəbələ (Qəbələ)
|
1:1
|
1/2, cavab oyunu
|
|
2009/10
|
27.04.2010
|
Olimpik-Şüvəlan (Bakı) - Xəzər Lənkəran
|
1:1
|
1/2, ilk oyun
|
|
2009/10
|
05.05.2010
|
Xəzər Lənkəran - Olimpik-Şüvəlan (Bakı)
|
2:1
|
1/2, cavab oyunu
|
|
2010/11
|
27.04.2011
|
Xəzər Lənkəran - Bakı (Bakı)
|
1:0
|
1/2, ilk oyun
|
|
2010/11
|
04.05.2011
|
Bakı (Bakı) - Xəzər Lənkəran
|
2:1
|
1/2, cavab oyunu
|
|
2012/13
|
17.04.2013
|
Bakı (Bakı) - Xəzər Lənkəran
|
1:0
|
1/2, ilk oyun
|
|
2012/13
|
24.04.2013
|
Xəzər Lənkəran - Bakı (Bakı)
|
2:0
|
1/2, cavab oyunu
|
(Klub saytı)
