15 aprel 2014 15:11
Sumqayıt Neftçi ilə oyuna hazırlaşır
Topaz Premyer Liqasının son turunda "Simurq"nan heç-heçə etmiş "Sumqayıt" bir günlük istirahəti başa vurub. Azerisport.az xəbər verir ki, Aqil Məmmədovun komandası bu gündən etibarən, "Neftçi" ilə oyunun hazırlığına start verib.
"Sumqayıt" tam heyətlə hazırlaşıb. "Simurq"la görüşdə zədələnmiş Adil İbrahimov da zədəsini tam sağaldıb.
Qeyd edək ki, "Neftçi" - "Sumqayıt" oyunu aprelin 20-də keçiriləcək.
Qeyd edək ki, "Neftçi" - "Sumqayıt" oyunu aprelin 20-də keçiriləcək.
(Klub saytı)
