15 aprel 2014 14:44

Elias Ribeyro: Qəbələ ilə kubok matçı mövsümün oyunu ola bilər

“Xəzər Lənkəran”ın futbolçusu Elias Rİbeyro azerisport.az saytına müsahibəsində “Bakı” ilə oyundan, Azərbaycan Kubokunda yarımfinal görüşündən danışıb:

- Premyer Liqanın son görüşündə 2:0 hesabda irəlidə olduğunuz görüşdə qələbə qazana bilmədiniz. Buna səbəb nə oldu?
- Futbolda belə anlar olur. İlk hissədə biz çox yaxşı mübarizə apardıq. Komandamız iki qol vurmaqla, üstünlük qazandı. Fasilədən sonra matçın məcrası dəyişdi. Əsas amil, bəxtsizlik oldu. Əgər şanslarımızı istifadə etsəydik, oyun tam başqa nəticə ilə başa çata bilərdi. Futbolda bəzən, hesabda üstün olan tərəf sonda qələbə qazana bilmir. Biz də eyni aqibəti yaşadıq.

- Yəqin razısan ki, Skarlatakenin qovulması rəqibə kömək oldu...
- 10 futbolçu ilə mübarizəni davam etdirmək bir qədər çətindir. Lakin oyuna görə hamı məsuliyyət daşıyır. Bir futbolçunu günahlandırmaq olmaz. Skarlatake meydanda olduğu zaman uğur qazanmaq üçün çox çalışdı. Azlıqda qaldığımız zaman belə, biz mübarizəni davam etdirdik. İndi bütün fikri kubok matçına yönəltməyimiz vacibdir. Sirr deyil ki, cari mövsüm avrokuboklara vəsiqə qazanmaq üçün Azərbaycan Kubokunda uğurlu çıxış etmək lazımdır.

-  “Qəbələ” ilə ilk yarımfinal görüşündə sizi hansı nəticə qane edəcək?
- Son matçda “Qəbələ”ni məğlub etmişik. Lakin həmin oyun çempionat çərçivəsində olub. Son matçın nəticəsi bizi aldatmamalıdır. “Qəbələ” çox yaxşı futbolçulara malikdir. Biz kubokun iki oyundan ibarət olduğunu bilirik. Səfərdə münasib nəticə ilə Lənkərana qayıtmalıyıq. Son nöqtəni Lənkəranda qoymaq olar. Yaxşı olar ki, qol buraxmayaq və ya qollu heç-heçə olsa, pis nəticə olmaz.

- “Qəbələ”nin oyununu necə xarakterizə edərsən?
- Bu komandanın heyətində matçın taleyini həll etməyi bacaran futbolçular var. Əks hücumlarda təhlükəli olurlar. Çempionatda qarşılaşmışıq. Ona görə əminəm ki, onlar da bizim haqda kifayət qədər məlumat toplayıb. Bu oyun digərlərindən vacibliyinə görə fərqlənəcək. Kubokun finalına vəsiqə uğrunda yarış olacaq. Adi səhv, baha başa gələ bilər. Qələbənin əsasını səfərdə qoymalıyıq.

- Rəqibin heyətində Mendi, Subotiç, Kamanan kimi futbolçular var. Onların qarşısını necə alacaqsınız?
- Biz onlardan çəkinmirik. Bizda də Mbilla, Skarlatake və digər futbolçular var. Hər bir komanda bu oyunun taleyini həll edə bilər. “Xəzər Lənkəran” futbolçusu olaraq, yarımfinalın bizim üçün nə qədər vacib olduğunu anlayırıq. Çempionatda iddiamız yoxdur. Bütün gücümüzü kuboka yönəltməliyik. “Qəbələ” ilə matç mövsümün oyunu ola bilər.

- Azərbaycan Kubokunun finalına vəsiqə qazansanız, hansı klubla qarşılaşmaq istərdiniz?
- Biz hələ yarımfinala vəsiqə qazanmamışıq. Ona görə bu barədə danışmaq hələ tezdir. Yarımfinalda mübarizə aparan bütün komandalar güclüdür. Bu mərhələdə zəif olmur. Əgər finala çıxsaq, rəqibin kimliyi o qədər vacib deyil. Əsas, bizim uğurlu çıxış etməyimizdir. Digər yarımfinalda kim qalib gəlsə, deməli, finala çıxmağa layiq komandadır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.