15 aprel 2014 14:28
Füzuli Cavadov: Bizi premyer-liqa klublarının təklifləri maraqlandıracaq
“İnter”in hücumçusu Vaqif Cavadovun atası və meneceri Füzuli Cavadov azerisport.az saytına açıqlamasında futbolçunun Rusiya premyer-liqasına mümkün keçidi haqda fikrini bildirib:
“Mən Rusiya klublarının Vaqifə olan marağı haqda eşitmişəm. Ancaq bu məsələdə tələsmək olmaz. Vaqif ilk növbədə, “İnter”lə danışmalıdır. Məhz bu klubda o. Öz əvvəlki səviyyəsini qaytarıb və kapitan sarğısını da alıb. İkincisi, bizi Rusiya premyer-liqası klublarının təklifləri maraqlandıracaq. “Volqa”nın isə hələ premyer-liqada qalıb-qalmayacağı məlum deyil”.
Xatırladaq ki, Cavadovu heyətinə qatmaq üçün Kazan “Rubin”i, Samara “Krılya Sovetov” və Nijoqorod “Volqa”sı maraq göstərirlər.
Qeyd edək ki, 24 yaşlı futbolçumuz 2011-2013-ci illər mövsümündə “Volqa”da çıxış edib. 2000-2007-ci illər aralığında isə Moskvanın CSKA klubunun əvəzedici heyətində oynayıb.
