15 aprel 2014 13:22
AFFA-dan divizion klublarına cəza dalğası
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra 1-ci divizionun 25-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb.
Energetik Ağsu matçında Energetikin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 30-cu dəqiqəsində Energetikin baş məşqşisi Sahib Qocayev texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.
MOİK Qaradağ Lökbatan matçında MOİK-in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 83-cü dəqiqəsində MOİK-in futbolçusu Azad Kərimov aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klubu 400 manat cərimə olunub. Oyunun 83-cü dəqiqəsində Qaradağ Lökbatanın futbolçusu Mehdi Mehdiyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
Lokomotiv Araz Naxçıvan matçında Araz Naxçıvanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 33-cü dəqiqəsində Lokomotivin futbolçusu Kənan Cəfərov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunun 68-ci dəqiqəsində Araz Naxçıvanın futbolçusu Aleksandr Kurtskeviç sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
Kəpəz Göyəzən matçının 41-ci dəqiqəsində Kəpəzin futbolçusu Şərif Həsənovla Göyəzənin futbolçusu İbrahim Hacıyev biri-birini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün 3 oyunluq cəzalanıb, hər ikisinin klubu 200 manat cərimə olunub.
Bakılı Turan-T matçının 40-cı dəqiqəsində Turan-T klubunun futbolçusu Mehman Hacıyev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
Qeyd: İntizam Komitəsinin 08.04.2014-cü il tarixli iclasında Bakılı klubu I divizionun Şahdağ Bakılı matçında iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilmiş, lakin pul cəriməsi göstərilməmişdi. Bu səbəbdən də İntizam qaydalarına uyğun olaraq klub 500 manat cərimə olunub.

(PFL)