15 aprel 2014 13:13
Hakimi təhqir etdiyinə görə 4 oyunluq cəzalandı
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 30-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb.
Qəbələ AZAL matçının 45-ci dəqiqəsində Qəbələnin futbolçusu Ramazan Həsənov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub. Oyunun 90+4-cü dəqiqəsində AZAL-ın futbolçusu Adil Nağıyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.
İnter Neftçi matçında Neftçinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
Bakı Xəzər Lənkəran matçının 59-cu dəqiqəsində Bakının futbolçusu Elşən Rzazadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.
Qarabağ Rəvan matçının 90+1-ci dəqiqəsində Rəvanın futbolçusu İmran Təhmirazlı hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klubu 2000 manat cərimə olunub.

(PFL)