14 aprel 2014 00:11
Rasim Ramaldanov: Qələbəyə layiq oynadıq
"Xəzər Lənkəran"ın futbolçusu Rasim Ramaldanov azerisport.az saytına açıqlamasında TPL-in 30-cu turu çərçivəsində "Bakı"ya qarşı keçirilmiş oyundan danışıb:
"İlk hissəni çox yaxşı oynadıq. Hətta, matçın taleyini həll edə bilərdik. Sadəcə, ikinci hissədə bir qədər səhvlər buraxdıq. Bu oyunda qələbəyə layiq oyun sərgilədik. Niyə belə oldu, demək çətindir. Sadəcə, iki xal itirdik. İstənilən halda, bizim üçün avrokuboklara gedən yol, Azərbaycan Kubokundan keçir. Növbəti oyunlarda daha diqqətli olmalıyıq".
