13 aprel 2014 19:19
Subaşiç Samsunsporu məyus edə bilmədi
Futbol üzrə Türkiyə Birinci Divizionunda 35-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, futbolçumuz Branimir Subaşiçin komandası “Orduspor” öz meydanında “Samsunspor”u qəbul edib və 0:0 hesablı heç-heçə oynayıb.
Subaşiç meydanda 90 dəqiqə mübarizə aparıb.
Hazırda “Orduspor” 65 xalla yarış cədvəlində 2-ci sırada qərarlaşıb.
