14 aprel 2014 11:22
İbrahim Şehiçin quru seriyası qırıldı
“Qarabağ”ın qapıçısı İbrahim Şehiçin “quru” seriyası qırılıb. Azerisport.az xəbər verir ki, Topaz Premyer Liqasında ardıcıl 5 matçda qol buraxmayan bosniyalı qapıçı 30-cu turun “Rəvan”la qarşılaşmasında rəqib zərbəsi qarşısında aciz qalıb.
5:1 hesabı ilə qalib gəlmiş Ağdam təmsilçisinin qolkiperi 68-ci dəqiqədə Tyaqo de Souzanın qoluna məyus olub.
Sonuncu dəfə 24-cü turun “Neftçi” ilə oyununda qol buraxmış qapıçının seriyası 525-ci dəqiqədə qırılıb. Bunadək Şehiçin qapısına qol vuran son futbolçu həmin görüşün 83-cü dəqiqəsində fərqlənmiş Mirhüseyn Seyidov olmuşdu. Ardınca “Bakı”, “İnter”, “Sumqayıt”, “Qəbələ” və AZAL-la qarşılaşmalarda top buraxmayan legioner, bununla da mövsümün 2-ci nəticəsinə imza atıb. Son matçda qolu buraxdığı vaxtadək hesabına əlavə etdiyi dəqiqələrlə “Simurq”lu Pavel Kapsanı keçən Şehiç, yalnız “Qarabağ”dakı əvəzləyicisi Fərhad Vəliyevdən geri qalıb.
1. Fərhad Vəliyev (“Qarabağ”) - 554 dəq.
2. İbrahim Şehiç (“Qarabağ”) - 525 dəq.
3. Pavel Kapsa (“Simurq”)- 505 dəq.
4. Kamran Ağayev (“Bakı”) - 360 dəq.
5-6. David Pietrzkieviç (“Qəbələ”), Pavel Kapsa (“Simurq”) - 335 dəq.
2. İbrahim Şehiç (“Qarabağ”) - 525 dəq.
3. Pavel Kapsa (“Simurq”)- 505 dəq.
4. Kamran Ağayev (“Bakı”) - 360 dəq.
5-6. David Pietrzkieviç (“Qəbələ”), Pavel Kapsa (“Simurq”) - 335 dəq.
(PFL)
