14 aprel 2014 11:00
Əfran İsmayılov Qarabağın çempionluğundan danışdı
"Bakı"nın futbolçusu Əfran İsmayılov azerisport.az saytına açıqlamasında keçmiş klubu "Qarabağ"ın lider olmasından danışıb:
"Cari mövsümü yüksək səviyyədə keçirdilər. Əsas rəqiblərinə qalib gəldilər. Azərbaycan çempionluğuna layiq oynayırlar. 13 xallıq fərq az deyil. Qızıl medala doğru gedirlər. Onlar çempionluğa layiq oynayırlar. Əgər bütün komandalar üzərində qələbə qazanırlarsa, nəsə əlavə etməyə ehtiyac yoxdur. Onlara uğurlar arzu edirəm. 1-ci yerdə olmağa layiqdirlər".
