14 aprel 2014 18:44
İsrafilov oynadı, komandası qələbə qazandı
Futbol üzrə İspaniya Sequnda Liqasında 34-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Eddi İsrafilovun komandası "Real Mursiya" doğma meydanda "Luqa" ilə qarşılaşıb.
Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Eddi start heyətdə meydana çıxıb və 90 dəqiqə mübarizə aparıb.
Hazırda "Real Mursiya" 50 xalla yarış cədvəlinin 7-ci sırasında qərarlaşıb.
