14 aprel 2014 18:10

Şehiç: İnanıram ki, yayda millinin heyətində Braziliyada olacam

Sonuncu oyunda "Rəvan"la qarşılaşan "Qarabağ" 5:1 hesablı qələbə ilə uğurlu seriyasını davam etdirdi. Azerisport.az xəbər verir ki, ardıcıl 7-ci qələbəsini qazanan komanda 5 oyundan sonra qapısından qol buraxdı. Belədə qolkiper İbrahim Sehiçin quru seiyası 525 dəqiqədə dayandı. Çempionatda ən uzun seriya isə bu komandanın digər qolkiperi Fərhad Vəliyevə aid idi. Fərhad 554 dəqiqə qapısından qol buraxmamışdı.

Ümumiyyətlə, "Qarabağ" cari mövsümdə uğurlu müdafiəsi ilə diqqəti cəlb edir. Belə ki, 30 oyunda buraxdığı 15 qolla komanda orta hesabla Avropada ən az qol buraxan komandadı. Bosniyalı qolkiper də "Qarabağ"ın bu uğurunun sirrini açıqlayıb:

"Qarabağ"ın Avropa klubları arasında ən az qol buraxan klub olması tək mənim uğurum deyil. Bu göstəricini bütün komandanın adına yazmaq lazımdı. Biz həm müdafiədə, həm də hücumda kompakt şəkildə çıxış edirik. Nəticədə bugünkü nəticəni əldə etmişik. Bu, sadəcə, mənim və ya müdafiəçilərin yox, bütün komandanın əməyidi. Bunlar heç də əsas deyil. Vacib olan çempionluq uğrunda mübarizədi. Qızıl medalları qazansaq, o zaman əlavə göstəricilərdən danışmaq olar. Milli komandaya gəlincə, ölkəmin mətbuatı tez-tez çıxışımla maraqlanır. Hər halda belə göstərici heç kimin diqqətindən qaçmaz. Sonuncu dəfə qış tətili zamanı millinin baş məşqçisi ilə görüşmüşəm. Mənə dedi ki, əvvəlki formanı bərpa etsən, millinin qapıları üzünə açıqdı. Zənnimcə, "Qarabağ"ın cari uğuru çıxışıma ən yaxşı qiymətdi. Millinin formasını daşımaq şərəfdi. Dünya çempionatına kimi hələ var. İnanıram ki, yayda millinin heyətində Braziliyada olacam".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.