14 aprel 2014 17:48
Araz kolumbiyalı oyunçunun xidmətlərindən imtina etdi
“Araz” Kolumbiya yığmasının oyunçusu Ancelo Karonanın xidmətlərindən imtina edib. Azerisport.az xəbər verir ki, Karona komandaya UEFA Kubokunun Dördlər finalı ərəfəsində heyəti gücləndirmək üçün cəlb edilmişdi.
Ancaq 26 yaşılı futzalçının idman forması komandanın baş məşqçisi Joze Alesionu qane etmədiyindən, futbolçu haqda müvafiq qərar qəbul edilib.
