14 aprel 2014 17:11
Araz Barselona ilə oyun ərəfəsində iki dəfə qalib gəldi
“Araz” futzal üzrə UEFA Kubokunun Dördlər Finalına hazırlığını davam etdirir. Azeripsort.az xəbər verir ki, Joze Alesionun yetirmələri iki yoxlama oyununda gücünü sınayıblar.
“Araz”ın rəqibi “Fənərbaxça”, “Ekol” və “Neftçi” İSM-in oyunçularından təşkil edilmiş komanda olub. Hər iki oyun ölkə çempionunun böyükhesablı qələbəsi ilə başa çatıb: 6:1, 5:0.
Xatırladaq ki, “Araz” aprelin 24-də futzal üzrə UEFA Kubokunun Dördlər Finalı çərçivəsində İspaniyanın “Barselona” komandası ilə qarşılaşacaq.
