14 aprel 2014 16:17
Rəvan Neftçi ilə oyuna tam heyətlə hazırlaşır
Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində "Neftçi”nin qonağı olacaq "Rəvan” bu oyuna hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, "aslanlar” bu gün bir məşqlə kifayətləniblər.
Vacib görüş ərəfəsində zədəli və cəzalı futbolçuların olmaması baş məşqçi Güvənç Kurtarı sevindirməyə bilməz.
Qeyd edək ki, "Neftçi” - "Rəvan” matçı aprelin 16-da "Bakcell Arena”da keçiriləcək. Qarşılaşma saat 19:00-da başlayacaq.
