14 aprel 2014 16:00
Qəbələ Xəzər Lənkərana iki dəfə imtina etdi
“Xəzər Lənkəran” ölkə Kubokunun yarımfinal mərhələsinin ilk oyununda iştirak etmək üçün Qəbələyə yollanıb. Azerisport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, səfər ərəfəsində “gəmiqayıranlar” radarların rəhbərliyinə 9 məşq meydanından birini hazırlıq üçün təqdim etmək barədə müraciət edib.
Ancaq “radarlar” reqlamenti əsas gətirərək, imtina ediblər. Reqlamentə uyğun olaraq, meydan qonaqlara oyuna bir gün qalmış təqdim edilə bilər. Buna rəğmən, “Xəzər Lənkəran” Qəbələyə yollanmağı qərara alıb və istirahət mərkəzlərindən birinin meydanını özü üçün məşq məkanı seçib. 40x20 m ölçüdə meydanda ilk məşq komandanını məşqçi qərargahının ürəyincə olmayıb və “gəmiqayıranlar” “Qəbələ” klubuna yenidən müraciət ediblər. “Radarlar” yenidən qonaqlara imtina ediblər.
