14 aprel 2014 14:40
Yığmamız Belarus millisinə məğlub oldu
Çimərlik futbolu üzrə Azərbaycan yığması Mozırda Belarus yığmasına qarşı iki yoldaşlıq oyunu keçirib. Azerisport.az beachsoccer.ru saytına istinadən xəbər verir ki, yığmamız ilk oyunda 2:5 hesabı ilə məğlub olub.
İkinci oyunda 3:3 hesablı heç-heçə qeydə alınıb. Ancaq penaltilər seriyasında Belarus yığması qalib gəlib.
Belarus - Azərbaycan 5:2 (2:0, 2:0, 1:2)
Azərbaycan - Belarus 3:3 pen. 0:1 (0:2, 1:1, 2:0, 0:0)
