14 aprel 2014 14:14

Yunus Hüseynov: Xəzər Lənkərana təyyarə yox, səviyyəli futbolçular lazımdır

Veteran futbolçumuz Yunis Hüseynov azerisport.az saytına müsahibəsində “Qarabağ”ın liderliyindən, Yuriy Syominin rəhbərlik etdiyi “Qəbələ”dən və Beeti Foqtsdan danışıb:

- Yəqin, Azərbaycan çempionatını izləyirsiniz. “Qarabağ”ı artıq çempionluqla bağlı təbrik etmək olar...
- Sizin vasitənizlə “Qarabağı” çempionluq münasibəti ilə təbrik edirəm. Çempionlar Liqasında uğurlar arzu edirəm. 10 xal böyük fərqdir (hazırda 13 xal - red). Bu fərqi aradan qaldırmaq çox çətindir. “Qarabağ” çempionluğu əldən versə, hamımız şok yaşayarıq. “Qəbələ”, “Bakı”, “İnter”, “Neftçi” də qızıl medallar uğrunda yarışıb. Lakin “Qarabağ” sabit oyunu ilə çempionluğa layiq olduğunu göstərdi. Yaxşı futbolçuları var. 

-  Yeri gəlmişkən, Reynaldonun milliləşdirilməsi müzakirə olunur. Sizin fikrinizcə, indiki halda o yığmaya lazımdır?
- Reynaldo nə Messidir, nə Ronaldo. Azərbaycan səviyyəsində yaxşı futbolçudur. Amma Rauf Əliyev və ya digər azərbaycanlıdan artıq deyil. O, gəlib millini dünya çempionatına çıxaracaqsa, razıyam. Amma onun gəlişi ilə heç nə dəyişməyəcək. Bizim futbolçular ondan əskik deyil, bəzi xüsusiyyətlərdə hətta artıqdır. Digər tərəfdən, mən yerli futbolçuların oynamasının tərəfdarıyam. Özümüzün futbolçuları oynamalıdır.

- Sizin keçmiş komandanız “Xəzər Lənkəran” üçün təyyarə alınır. Amma oyun baxımında komanda hələ geriləyir...
- “Xəzər Lənkəran”a təyyarə lazım deyil. Lənkərandan ən uzağı Gəncədir. Ora 300 km-dir. “Simurq”un məskunlaşdığı Zaqatala 350 km məsafədədir. Təyyarədənsə, səviyyəli futbolçu alsınlar. Komandanın şansları yalnız kubokdadır. Bununla belə, oyun planında irəliləyiş yoxdur. Futbolçular meydana rahat çıxırlar və heç nə göstərə bilmirlər. Belə olsa, kubok da əldən çıxacaq.

- Qışda siz “Qəbələ”nin mükafatçılar sırasında yer alacağını söyləmişdiniz. Amma indi komanda xal itirməkdə davam edir...
- Antalyadan sonra “Qəbələ”ni tanımaq olmur. Futbolçular çox dəyişib. Komanda oyun baxımından geriləyib. Bilmirəm, komandaya nə olub. Sadəcə, indiki halda “Qəbələ” çempionatda medalsız qalacaq. Onların işi çox çətindir. Üçlükdə “Qəbələ” olmayacaq. Ən yaxşı halda, Azərbaycan Kubokunda finala vəsiqə qazana bilər və sonra orada özünü göstərməyi bacarar. Yarımfinalda rəqibləri “Xəzər Lənkəran”dır. Cənublular bu oyuna xüsusi köklənəcək. Duelin favoriti mənim üçün “Xəzər Lənkəran”dır.

-  Deməli, ötən ilki kubokun finalındakı rəqiblər yenidən üz-üzə gələ bilər...
- Kubokun finalında “Neftçi” və “Xəzər Lənkəran” qarşılaşacaq. “Rəvan” və “Qəbələ”yə hörmətlə yanaşıram. Sadəcə, unutmayaq ki, bu komandaların təcrübəsi daha çoxdur. Cənubluların Avropaya gedən yeganə yolu kubokdan keçir. Bu halda, futbolçular xüsusi köklənmə ilə oynayacaq.

- Bir qədər Azərbaycan yığmasından danışaq. Mayın 28-də millimiz səfərdə ABŞ yığması ilə yoldaşlıq görüşü keçirəcək. Bu oyunda sizin üçün nəticə vacibdir?
- Hər bir oyunda nəticə vacib olur. Sadəcə, ABŞ komandası ilə görüş, yoldaşlıq xarakteri daşıyır. Məşqçilər heyəti yığmaya namizədləri yoxlamalı olacaq. Rəqib güclü komandadır. Dünya çempionatının iştirakçısıdır. Mənim üçün qaranlıq məqam, Berti Foqtsun Yurgen Klinsmanın köməkçisi olmasıdır.

- Bu yalnız mundial zamanı olacaq...
-  Mənim 50 yaşım var. 13 yaşımdan futbolla məşğul oluram. Belə halla qarşılaşmamışam. Əgər orda köməkçidirsə, onda bizim komandadakı işi necə olacaq? Sizcə, Klinsmana köməkçi lazımdır? Bu adam Almaniya yığmasının baş məşqçisi olub. ABŞ millisini mundiala çıxarıb və indi Foqtsa ehtiyacı var?! Burda bizim bilmədiyimiz başqa məqamlar var.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.