14 aprel 2014 13:22
Kərimi ehtiyatda qaldı, komandası uduzdu
Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 34-cü turun görüşləri keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı qapıçı Davud Kəriminin komandası "Fəthiyəspor" doğma azarkeşlər önündə "Dənizlispor"u qəbul edib.
Oyun qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb. Kərimi oyunun protokoluna daxil edilsə də, meydana çıxmayıb.
Hazırda "Fəthiyəspor" 32 xalla yarış cədvəlinin 17-ci pilləsində qərarlaşıb.
