14 aprel 2014 13:33
Budaksız Qaziantep BB qələbə qazandı
Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında növbəti turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimizin müdafiəçisi Ufuk Budağın komandası "Qaziantep BB" səfərdə "Kahramanmaraşspor"un qonağı olub.
Oyun qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Budak oyunun iştirak ərizəsinə daxil edilməyib.
Hazırda "Qaziantep BB" 38 xalla yarış cədvəlinin 13-cü pillədə qərarlaşıb.
