14 aprel 2014 12:55
Eratsız Fortuna qələbə qazandı
Almaniya İkinci Bundesliqasında 30-cu turun bir sıra oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Tuğrul Eratın komandası Düsseldorf “Fortuna”sı öz meydanında “Aalen”i qəbul edib və 3:1 hesabı ilə qalib gəlib.
Erat aldığı zədədən müalicə olunduğu üçün oyunu buraxmalı olub.
Hazırda “Fortuna” 40 xalla yarış cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
