14 aprel 2014 12:44
Neftçi PFK Denis Silvanın İnterə qarşı oynamamasının səbəbini açıqlayıb
“Neftçi”nin futbolçusu Denis Silva TPL-in 30-cu turu çərçivəsində “İnter”ə qarşı keçiriləcək oyun günü yol qəzasına uğrayıb. Klubun mətbuat xidmətindən azerisport.az saytına verilmiş məlumata görə, qəza ciddi olmayıb.
Futbolçu iştirak ərizəsinə qəza səbəbi ilə deyil, oyunqabağı məşqləri buraxdığı xəstəlik səbəbi ilə salınmayıb.
