13 aprel 2014 00:33
Junior Nildo: Skarlatake qovulandan sonra, daha çətin oldu
"Xəzər Lənkəran"ın futbolçusu Junior Nildo azerisport.az saytına açıqlamasında "Bakı" ilə görüşdən danışıb:
"İlk hissədən sonra qələbəyə daha çox inanırdıq. Bu gün biz yaxşı oynadıq. Sadəcə, uğuru sona qədər davam etdirə bilmədik. İki qol buraxmağımızın səbəbini araşdırmaq lazımdır. Hər bir oyuna qələbə üçün çıxırıq. Skarlatake qırmızı alandan sonra, daha çətin oldu. Nəticədə iki xal itirdik. Qələbəyə çox yaxın idik".
