13 aprel 2014 11:11
Flavinyo: Kubok gümüşdən vacibdir
“Neftçi”nin yarımmüdafiəçisi Flavinyo azerisport.az saytına müsahibəsində TPL-in 30-cu turu çərçivəsində “İnter”ə qarşı keçirilmiş oyunda məğlubiyyətdən (1:2) və ölkə Kubokunun “Rəvan”a qarşı keçiriləcək yarımfinal oyunundan danışıb:
- Məğlubiyyət haqda nə deyə bilərsiniz?
- Düşünürəm ki, biz rəqibimizdən yaxşı oynadıq, ancaq məğlub olduq. Qol vurmaq şanslarımız vardı, ancaq istifadə etmədik. Rəqib amansız idi və səhvlərimizi bizə bağışlamadı.

- Bəlkə komanda dediyiniz kimi yaxşı oynamadı?
(Gülümsəyir) Komanda məğlub olanda, həmişə belə deyirlər. Qalib gələndə isə, heç kim demir ki, siz pis oynayırdınız. Oyun çətin keçdi. Amma buna rəğmən, mən hesab edirəm ki, biz yxşı oynayırdıq.

- Bəlkə komandanın liderləri də həmçinin, bir o qədər də fəal deyildilər və bu səbəbdən məğlub oldunuz?
- Mənim zədəm vardı və beş gün komandadan kənarda idim. Deməzdim ki, belə pis oynadım. Mən oyunumu normal qiymətləndirirəm.

- Ola bilsin ki, zədəniz olmasaydı, ikinci hissədəki ən əlverişli qol vəziyyətindən istifadə edə bilərdiniz...
- Həqiqətən, yaxşı məqam vardı. Ancaq dəqiq zərbə vurmaq alınmadı.

- Yəqin ki, artıq öz titulunuzu qoruya bilməyəcəyinizlə barışmısınız?
- Bundan sonra bizə ikinci pilləni qorumaq qalır. Bur yer uğrunda “İnter”lə ciddi rəqabət gedəcək.

- Ancaq “Neftçi” bu mövsümdə hələ Kuboku qazana bilər...
- İndi bizim üçün bu yarışın vacibliyi artıb. Əgər çempion olmadıqsa, Azərbaycan Kubokunu qazanmaq zəruridir. Bizi yarımfinalda “Rəvan”a qarşı çətin oyun gözləyir. Əvvəlcə, finala çıxmaq lazımdır.

- Bəs sizin üçün nə vacibdir - Kuboku qazanmaq ya Premyer Liqada ikinci olmaq?
- Hər iki tapşırıq vacibdir və onları yerinə yetirmək olar. Ancaq hər halda, seçimə qalsa, onda Kubok ikinci yerdən daha vacibdir. Kuboku qazanaraq, biz Avropa Liqasına ikinci təsnifat mərhələsindən başlayacağıq.